Tennisçilərin ölkə çempionatına start verilib

Bakı Tennis Akdemiyasında tennisçilərin ölkə çempionatına start verilib. Gərgin mübarizə vəd edən yarışa maraq böyükdür. Azərbaycan çempionatında kifayət qədər tennisçi bacarığını göstərir. Qızlar 13, oğlanlar isə 14 yaş və üzəri kateqoriyalarda mübarizə aparırlar. Qaliblər Azərbaycan Tennis Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaq. Yarış dekabrın 28-də yekunlaşacaq.